Rihanna yeni “Anti” adlı albom üzərində çalışır

Dünya şöhrətli ulduz Rihanna yeni “Anti” adlı albom üzərində çalışır.Bu ifaçının sayca 8-ci studiya işi olacaq.Bu günlərdə Rihannanın məşhur marka Samsung-la əməkdaşlığının da başlandığı artıq bəllidir.Bu razılaşma müğənniyə 25 million dollar qazandıracaq.Nəzərinizə çatdıraq ki,yeni “Anti” adlı albomun çıxış tarixi 4 dəfə təxirə salınıb.Alboma “FourFiveSeconds”,”B*tch Better Have My Money” və “American Oxygen”  kimi hit sinqllar daxil olacaq.