Repçi-Drake 2015-ci ilin ən çox dinlənilən artistidir

"Spotify" musiqi servisinin rəyinə əsasən, repçi-Drake 2015-ci ilin ən çox dinlənilən artistidir. Musiqi servisində Drake`a qulaq asanların sayı 1,8 milliard nəfəri ötüb. Bu nəticəni o 3 mahnısına-"If You're Reading This, It's Too Late", "What A Time To Be Alive" və yayın əsas hiti  "Hotline Bling" görə qazanıb.Bu reytinqi davam etdirən ifaçılar Rihanna,The Weeknd,Ed Sheeran və Major Lazer-dir.Qeyd edək ki, adı çəkilən artistlərin də mahnılarının dinləmə sayı milliardı keçib.